Azərbaycanda idarə rəisi vəzifəsinə təyinat - FOTO
Kateqoriya məlum deyil
Şəmkir Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub.
Sfera.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmri Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov imzalayıb.
Əmrlə Zöhrab Məmməd oğlu Adıgözəlov bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, bu təyinatadək Z.Adıgözəlov Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan şəhər şöbəsində baş məsləhətçi kimi çalışıb.(Oxu.az)






