Logo

Qarabağ münaqişəsinin kəskinləşməsi... – İsveç XİN

Qarabağ münaqişəsinin kəskinləşməsi... – İsveç XİN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İsveçin xarici işlər naziri Ann Linde Dağlıq Qarabağla bağlı noyabrın 10-da imzalanan bəyanatı yüksək qiymətləndirib.

Sfera.az xəbər verir ki, o, bu barədə ATƏT Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.

"Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi və bu münaqişənin səbəb olduğu faciəvi insan tələfatı həll olunmamış münaqişələrə xas risklərdir. Ümid edirik ki, atəşkəs razılaşması ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında aparılan danışıqlar insanların əzab çəkməsinin qarşısını alacaq davamlı siyasi həll yoluna gətirib çıxaracaq”, - A.Linde bildirib.

İsveç XİN başçısı həmçinin bu ölkənin gələn il ATƏT-ə sədrliyinin prioritetlərini açıqlayıb.

"İnsan hüquqları və gender bərabərliyi sahəsində demokratiyaya xüsusi diqqət ayırırıq və regionumuzdakı münaqişələrin həllinə töhfəmizi veririk. Bu hədəflərə çatmaq üçün hamınızla birlikdə çalışmağı səbirsizliklə gözləyirəm”, - deyə o çıxışını yekunlaşdırıb.(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR