Logo

Koçaryan yenidən hakim qarşısına çıxarılır

Koçaryan yenidən hakim qarşısına çıxarılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Ermənistanın sabiq prezidenti Robert Koçaryan yenidən hakim qarşısına çıxarılacaq. 

Sfera.az-ın məlumatına görə, "Sputnik Ermənistan” xəbər verir ki, proses İrəvan Ümumi Yurisdiksiya Məhkəməsində hakim Anna Danibekyanın sədrliyi ilə baş tutacaq.

Bununla bağlı Koçaryanın vəkili "Facebook” hesabında məlumat verib.

Qeyd edək ki, sabiq prezidentin məhkəmə prosesi Qarabağda başlayan müharibə səbəbindən təxirə salınmışdı.

Koçaryan 10 nəfərin ölümünə səbəb olan 2008-ci il 1 mart hadisələri səbəbindən açılan cinayət işində konstitusiya quruluşunu devirməkdə günahlandırılır.

Ermənistanın sabiq prezidenti artıq üç dəfə həbs olunub və 500 gününü həbsxanada keçirməli olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR