Logo

Hikmət Hacıyev: “Tonayan cinayət əməllərinə görə cavab verməlidir”

Hikmət Hacıyev: “Tonayan cinayət əməllərinə görə cavab verməlidir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı Müdafiə naziri David Tonayana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırıldı”.

Sfera.az xəbər verir ki, bunu bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da bu kimi cinayət əməllərinə görə cavab verməlidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR