Logo

"Mehmedcik"lər Qarabağı minalardan təmizləyəcək - Akar

"Mehmedcik"lər Qarabağı minalardan təmizləyəcək - Akar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyədən Azərbaycana gedən "mehmedcik"lər azad olunmuş ərazilərin minalardan təmizlənməsində iştirak edəcək.

Sfera.az xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycana getmək üçün hazırlıqlarını tamamlayıb:

"Orada əsas məsələlərdən biri insani məsələdir. Ermənistan hər tərəfi dağıdıb, bunların hamısı qeydə alınıb. Edilə biləcək hər cür barbarlığı ediblər və buna davam edirlər. Tərk etdikləri yerlərdə mina, əl qumbarası buraxmaqla oraya gedəcək insanların həyatına qəsd edirlər. Türkiyədən gedəcək "mehmedcik"lər də bu məsələdə azərbaycanlı qardaşlarımıza lazımi yardım göstərəklər. Oradakı mina, partlayıcıları zərərəsizləşdirərək qardaşlarımızın zərər görməsinin qarşısını alacaq. Ölkəmizdə və bütün qardaş coğrafiyada işimizi mütəmadi davam etdiririk”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR