Ərdoğandan qələbə çıxışı: 30 illik acılardan sonra…
Sfera.az xəbər verir ki, videoformatda keçirilən konfransa qatılan Türkiyə Prezidenti Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan siyasi həmfikirləri qarşısında çıxış edib.
Türkiyənin qarşılaşdığı problemlərdən, o cümlədən Ermənistanın xarici güclərin təsiri ilə Qafqazda problemlər yaratmasını və bütün bu məsələlərin qətiyyətlə dəf edildiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan deyib:
"Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik acıları sonra çatdıran zəfərin sevincini yaşadıq”.
AKP-nin qarşıda duran vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyini, partiyanın sıralarının sürətlə genişləndiyini diqqətə çatdıran partiya sədri gələcək planlardan danışıb.
Türkiyənin xarici siyasətinin istiqamətləri, ölkədə həyata keçirilən sosial-iqtisadi layihələr barədə geniş məlumat verən dövlət başçısı xarici ölkələrlə ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb.
"Dostlarımız və müttəfiqlərimizlə daha güclü əməkdaşlıq etmək istəyirik”, - deyən Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə ifadə edib ki, ölkədə həyata keçirilən islahatlar iqtisadi sahədə böyük nəticələr verəcək.
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərindən danışan dövlət başçısı vurğulayıb ki, epidemiyanın nəzarətdən çıxması daha böyük problemlər yarada bilər.






