Lavrovla Zərif Qarabağdakı vəziyyəti müzakirə edəcək
Kateqoriya məlum deyil
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 23-də Moskvada İran XİN-in başçısı Məhəmməd Cavad Zəriflə görüşəcək.
Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 19-da keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyət də daxil olmaqla beynəlxalq problemlərə dair məsələlər müzakirə olunacaq.






