Ceyhun Bayramov Taha Ayhanla görüşdü

Ceyhun Bayramov Taha Ayhanla görüşdü
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Sfera.az-a verilən məlumata görə, C.Bayramov qarşı tərəfi salamlayaraq ölkəmizin İƏT Gənclər Forumu ilə faydalı əməkdaşlığını məmnunluqla qeyd edib və təşkilatın bu günədək böyük təşəbbüslərə imza atdığını bildirib.

Azərbaycan tarixinin şərəfli səhifələrini yaşadığı bir dövrdə İƏT Gənclər Forumunun rəhbərliyinin ölkəmizə etdiyi bu səfərinin dəstəyin göstəricisi olduğu vurğulanıb. Öz növbəsində, Azərbaycanın İƏT Gənclər Forumunun fəaliyyətini bundan sonra da tam şəkildə dəstəkləyəcəyi qeyd olunub.

Taha Ayhan Qarabağın sevinc, şərəf və xoşbəxtlik qaynağı olduğunu qeyd edərək hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın imzalanmasını alqışlayıb. Keçirdiyi son görüşlərdə bölgədə yaşanan son gərginlik və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyi barədə müzakirələrin aparıldığını qeyd edən Taha Ayhan bundan sonra da həqiqətlərin beynəlxalq müstəvidə aşılanması işinin davam etdiriləcəyini bildirib.

Görüş zamanı həmçinin təşkilatın Avrasiya üzrə Regional Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər ilə bağlı məlumat verilib.

Tərəflər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...