Logo

Rusiya Dumasının deputatı Solovyov barədə ölçü götürülməsini tələb etdi

Rusiya Dumasının deputatı Solovyov barədə ölçü götürülməsini tələb etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aparıcı Vladimir Solovyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribat xarakterli çıxışlarına qarşı ölçü götürülməsini tələb edilib.

Sfera.az bildirir ki, bu tələblə Dövlət Dumasının deputatı Tamara Pletneva çıxış edib. O, bununla bağlı Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Oleq Dobrodeyevə müraciət edib. 

Qurumundan Solovyovun "daxili rus nüansları" ilə bağlı mövqeyini qiymətləndirməsini istəyən deputat bu müraciəti Rusiya federal mediasının jurnalisti Anton Kulikovun xahişi ilə etdiyi söyləyib.

Pletnavanın sözlərinə görə, Anton Kulikov onunla əlaqə saxlayaraq, Solovyovun təxribat xarakterli ifadə və hərəkətlərinə aydınlıq gətirməyi xahiş edib.

Jurnalist bildirib ki, Solovyov obyektivlik və siyasi düzgünlük prinsipinə əməl etmir, Dağlıq Qarabağda döyüşən tərəflərdən birini dəstəkləməyə köklü meyl göstərir.

"Kulikovun ifadəsinə görə, Solovyov və dəvət etdiyi qonaqlar Azərbaycan və Türkiyəyə qarşı xoşagəlməz hücumlara yol verərək yalnız erməni tərəfini müdafiə edirlər", - deyə Pletneva əlavə edib.

Millət vəkili deyib ki, Rusiyada 33 milyon müsəlman və əhalinin təxminən 10%-nin türkdilli xalqların nümayəndələri olduğunu xatırladan Kulikov, bu auditoriyanın Solovyovdan fərqli olaraq, Dağlıq Qarabağdakı vəziyyəti və Ermənistan-Azərbaycan münaqişəsini qiymətləndirdiyini vurğulayıb:

"Buna görə də müraciət müəllifinin israr etdiyi kimi, teleaparıcı Solovyov və onun efirə dəvət etdiyi siyasətçilər və ictimai fəalların son bir neçə həftə ərzində Azərbaycana qarşı bu cür qəti hücumları televiziya izləyicilərinin əhəmiyyətli bir hissəsi üçün yolverilməz və təhqiramizdir”.

Müraciətdə bildirilir ki, teleaparıcının bu cür yanaşması vətəndaşların müəyyən hissəsi tərəfindən Rusiya hökumətinin rəsmi mövqeyi kimi qiymətləndirilə bilər. Həmçinin, bu ölkədəki millətlərarası və konfessional harmoniyanı pozur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR