Logo

Rusiya helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başladı - VİDEO

Rusiya helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başladı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyaya məxsus Mi-8 və Mi-24 helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başlayıb.

Sfera.az xəbər verir ki,bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Pilotlar "Erenbuni” aerodromuna gələn sülhməramlıları Qoris və Xankəndi şəhərlərinə qədər müşayiət edib”, - məlumatda bildirilib.

Helikopterlər atəşin və hərbi əməliyyatların dayandırılmasına nəzarət edir, həmçinin maddi və texniki əmlakın və şəxsi heyətin çatdırılmasının monitorinqini aparır.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi An-124 təyyarəsi ilə İrəvana 8 ədəd helikopterin çatdırıldığını açıqlamışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR