Logo

“Türkiyə Qarabağda həm masada, həm də meydandadır” - Hulusi Akar

“Türkiyə Qarabağda həm masada, həm də meydandadır” - Hulusi Akar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Türkiyə Qarabağ razılaşmasında həm masada, həm də döyüş meydanındadır. Orada hər hansı "oldu bitdi” müzakirə mövzusu deyil”.

Sfera.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

"Sabah Rusiyadan geniş bir heyət gəlir. Taktiki və texniki olaraq kim harda dayanacaq, nə edəcək – bunlar müzakirə olunacaq. Qarabağ sazişində Türkiyənin yeri haradadır? Türkiyə məsələnin kökündədir. Həm masada, həm döyüş meydanındadır”, - deyə Akar bildirib.

Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Türkiyə sülhməramlılarının Qarabağ ərazisinə gəlməyəcəyini açıqlamışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR