Logo

Əli Əsədov: "Erməni xalqına qarşı müharibə aparmırıq"

Əli Əsədov: "Erməni xalqına qarşı müharibə aparmırıq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Biz erməni xalqına qarşı müharibə aparmırıq, yeganə məqsədimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək regionda uzunmüddətli sülhü və sabitliyi bərqərar etməkdir”.

Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının bu gün video formatında keçirilən iclasında bildirib.

O, ölkənin ərazi bütövlüyü bərpa ediləndən sonra Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının dinc şəraitdə birgə yaşamalarının vacib olduğunun hökumət tərəfindən dəfələrlə müxtəlif səviyyələrdə bəyan edildiyini xatırladıb.

"Azərbaycan heç vaxt özgə torpaqlarına iddia etməyib, lakin öz ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır”, – hökumət başçısı vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR