Logo

İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçiriləcək

İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi COVID-19 ilə əlaqədar BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilməsi qaydası haqqında qərar qəbul edib”.

Sfera.az-ın məlumatına görə, bu barədə BMT Baş Assambleyasının Azərbaycan Nümayəndəliyinin rəsmi tvitter səhifəsində qeyd edilib.

BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır isə tvitter hesabında qeyd edib ki, COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə bu gün Baş Assambleyada qəbul edilib: "COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində Prezidentliyimdə keçiriləcəkdir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR