"Azərbaycanın mövqeyini dəstəkləyirik" - Qətər səfiri

Noyabrın 3-də Milli Məclisin Sədri Sahibə Qafarova Qətərin ölkəmizdəki səfiri Feysəl Bin Abdullah Əl-Hinzabla görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumata görə, görüşdə sədr bildirib ki, Azərbaycan dost Qətər dövləti ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük önəm verir.

Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlərin münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil etdiyini qeyd edən Sahibə Qafarova əlavə edib ki, bugünədək iki ölkə arasında 32 sənəd imzalanıb.

Milli Məclisin Sədri deyib ki, ölkələrimizin ali qanunvericilik orqanları arasında xoş münasibətlər mövcuddur: "Bu gün Milli Məclisdə Qətərlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatlarımız nüfuzlu beynəlxalq parlament təşkilatlarında fəal iştirak edir, mühüm məsələlərin müzakirəsində bir-birilərinə dəstəklərini əsirgəmirlər".

Spiker Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, cəbhə bölgəsində mövcud durumdan danışıb. Sahibə Qafarova Azərbaycanın haqlı mübarizəsində ölkəmizə verdiyi dəstəyə görə Qətər dövlətinə və xalqına təşəkkürünü ifadə edib.

Qətərin Azərbaycandakı səfiri Feysəl Bin Abdullah Əl-Hinzab ölkəsinin Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini söyləyib. Bildirilib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaradıb. Səfir Qətərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində və digər prinsipial məsələlərdə dost və qardaş Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR

Rusiya məhkəməsi Bakir Səfərovun həbs müddətini uzatdı

İyunun 27-si Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

İrana qarşı növbəti hücumun vaxtı açıqlandı

İsrail indi İrana qarşı növbəti hərbi kampaniyaya hazırlaşmalıdır.     Sfera.az xəbər verir ki, bu sözləri İsrail parlamentində “İ...

Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət xüsusi amansızlığı ilə seçilir. Milli, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olm...

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? - AÇIQLAMA

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüks...

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...