“Ermənistanda muzdluların olması “Reuters”in reportajında təsdiqlənib”
Kateqoriya məlum deyil
"Xarici döyüşçülərin və muzdluların Ermənistan silahlı qüvvələri sıralarında olması "Reuters”in reportajında təsdiqlənib. Biz dəfələrlə bildirmişik ki, Livandan və Suriyadan olan muzdlular, eləcə də PKK terrorçuları Ermənistandadırlar".
Sfera.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.






