Logo

Müdafiə Nazirliyi: “Ermənistan MN cəbhədəki vəziyyətdən tamamilə bixəbərdir”

Müdafiə Nazirliyi: “Ermənistan MN cəbhədəki vəziyyətdən tamamilə bixəbərdir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "Ermənistan təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir”.

Sfera.az xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, işğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan KİV-ləri təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir.

Bu cür həqiqəti əks etdirməyən xəbərlər yaymaqla Ermənistan müdafiə nazirliyinin rəsmiləri cəbhədəki vəziyyətdən tamamilə bixəbər olduqlarını nümayiş etdirir.

Növbəti dəfə rəsmi olaraq bəyan edirik ki, bölmələrimiz yalnız düşmənin döyüş mövqelərinə və atəş nöqtələrinə cavab zərbələri endirir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR