Ərdoğanın məsləhətçisi: Azərbaycan və Türkiyə əkiz qardaşlardır

Ərdoğanın məsləhətçisi: Azərbaycan və Türkiyə əkiz qardaşlardır

 

Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu "Yerli Düşüncə Dərnəyi”nin sədri və AK Partiyasının deputat Metin Güngördü ilə Türkiyədə təhsil alan azərbaycanlı tələbələr ilə birgə Azərbaycanın Türkiyədəki səfiri Faiq Nüsrət Bağırovla görüşüb, Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir.

Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri ilə mübarizədə şəhid olan Azərbaycan əsgərləri üçün başsağlığı verən Yalçın Topçu "erməni silahlı bölmələri Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir”, - deyə bildirib.

"Burdan bütün dünyaya bir daha səslənirik. Azərbaycan və Türkiyə çiyin-çiyinə vermiş əkiz qardaşlardır. Bunun ən gözəl nümunəsini Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə etdiyi son səfərində gördük. Hər iki dövlət başçısının qucaqlaşması dosta və düşmənə verilən önəmli mesajdır”, - deyə, o bəyan edib. 

Y.Topçu, həmçinin türk dünyasının dildə və fikirdə bir olmasının türk dünyası, eləcə də İslam dünyasına təhlükəsizlik, azadlıq və rifah gətirəcəyini qeyd edib. 

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov isə görüşdən məmnun qaldığını bildirib.

"Son hadisələr bir daha göstərdi ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlığın dünyada başqa nümunəsi yoxdur. Son aylarda buna bir daha şahid olduq. Mustafa Kamal Atatürkün dediyi kimi, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizidir”.

Azərbaycanın ümumilli lideri Heydər Əliyevin dediyi kimi, Azərbaycan və Türkiyə "bir millət, iki dövlətdir”. Türkiyə Respublikasına və prezidentinə Azərbaycanın haqlı mübarizəsində verdiyi dəstəyə görə təşəkkürlərimi bildirirəm”, - F.Bağırov deyib.


OXŞAR XƏBƏRLƏR