MDB-nin Qərargah Rəisləri Komitəsinin növbəti iclası oldu

MDB-nin Qərargah Rəisləri Komitəsinin növbəti iclası oldu
Bu gün Özbəkistanın Səmərqənd şəhərində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.

Sfera.az  "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi nümayəndə heyətlərinin rəhbərləri MDB ölkələrinin sərhədləri ətrafında inkişaf edən hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparıblar, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"MDB üzvü olan dövlətlərin silahlı qüvvələri üçün vahid taktiki idarəetmə sisteminin topogeodezik və naviqasiya dəstəyi Konsepsiyasının layihəsi razılaşdırılıb. 2025-ci ilədək Vahid Dövlət Radar Tanıma Sisteminin təkmilləşdirilməsi yolları müəyyənləşdirilib”,- deyə Gerasimov bildirib.

İclasda hərbi qulluqçuların peşə bacarıqlarının artırılması məsələsinə baxılıb, humanitar minatəmizləmə sahəsində mütəxəssislərin hazırlanması praktikası ümumiləşdirilib və silahlı qüvvələrin aviasiya təhlükəsizliyi təhlil edilib.

Bununla yanaşı V. Gerasimov qeyd edib ki, MDB ölkələri Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin iclasından sonra MDB ölkələrinin hərbi nümayəndələrinin nümayəndə heyətlərinin vahid hərbi sistemlərin inkişafı üçün gələcək istiqamətlər müəyyənləşdirilib.

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...