Logo

Ermənistana qarşı sanksiya tətbiq edilə bilər

Ermənistana qarşı sanksiya tətbiq edilə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağ Evin rəsmi saytında ABŞ-ın Ermənistana sankisiya tətbiqi ilə bağlı petisiyanın vaxtının bitməsinə az qalıb.

Yenisabah.az xəbər verir ki, petisiyada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz etdiyi, Dağlıq Qarabağ və ətraf ərazilərin işğal olunması qeyd edilib.

Vurğulanır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edilmiş qətnamələrinə əməl etmir. Bununla yanaşı, Ermənistan Haaqa konvensiyasının qaydalarını pozaraq Xızıda, Gəncədə, Bərdədə, Tərtərdə mülki əhalini raket hücumuna məruz qoyur. Sentyabrın 27-dən etibarən Ermənistanın mülki insanları hədəfə alması nəticəsində onlarla insan ölüb, yüzlərlə insan yaralanıb. Petisiyada Ermənistana qarşı ticarət sanksiyası və hərbi embarqosunun tətbiqinə çağırılır.

Qeyd edək ki, Ağ Evdən cavab gəlməsi üçün noyabrın 8-nə qədər petisiya 100 min nəfər tərəfindən imzalanmalıdır. Hazırda 91 824 nəfər petisiyanı dəstəkləyib.

Petisiyanı dəstəkləmək üçün linkə daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və "sign now" düyməsini basmaqla petisiyanı imzalamaq olar. Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR