Azərbaycanlılar Şuşaya, Xankəndiyə qayıdır... - Prezident
Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində danışıb.
Dövlətimizin başçısı deyib: "Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. O insanların günahı yoxdur. Kimin günahı var, o, cavab verir və mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Bu döyüşlərdə son bir ay ərzində Xocalı soyqırımını törədən cinayətkarlar artıq məhv edildi. Ədalət zəfər çaldı. Ona görə bir daha mövqeyimi bildirmək istəyirəm. Biz bu torpaqlara mütləq qayıdacağıq, hərbi-siyasi yollarla. Bu gün hərbi mərhələ başa çata bilər, bunu siyasi yollarla həll edək: azərbaycanlılar Şuşaya, Xankəndiyə qayıdır. Bütün başqa əvvəllər yaşadığımız yerlərə qayıdır. Erməni əhalisi üçün şərait yaradılır. Bir yerdə yaşamağa yavaş-yavaş öyrənməliyik, həm onlar, həm də biz”.
Prezident qeyd edib ki, məsələni belə görür. Bu yanaşma həm əxlaqa, həm beynəlxalq hüquq normalarına əsaslanır.






