Logo

"Böyük diplomatik qələbə sanki kölgədə qaldı" - Analitik

"Böyük diplomatik qələbə sanki kölgədə qaldı" - Analitik
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu günlərdə cəbhədən gözəl xəbərlər fonunda çox vacib, heç də hansısa məkanın azad edilməsindən az əhəmiyyət daşımıyan bir böyük diplomatik qələbə sanki kölgədə qaldı. Əgər cəbhədəki uğurlar diplomatiya və beynəlxalq münasibətlər sistemində zəruri addımlarla sinxron olub dəstəklənməsə çox pis və arzuolunmaz nəticələrə gətirib çıxara bilər".

Sfera.az xəbər verir ki, bunu siyasi analitik Fuad Çıraqov deyib.

Onun sözlərinə görə, 25 illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 29 sentyabr və 19 oktyabrda müzakirələr keçirilirdi:

"Biz hamımız 18 oktyabrda ölkə rəhbərliyindən bayram münasibəti ilə hədiyyə gözlədiyimiz vaxtda bütün diqqət və narahatlıq həmin iclasın gedişatına yönəlmişdi. 18-20 oktyabr mənim üçün də bunu biləndən sonra ən narahat günlər oldu.

19 oktyabrda BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrdən sonra TŞ-nın sədri adından bəyanat layihəsi hazırlanmışdı".

Analitik bildirib ki, bəyanat layihəsi əsasən Rusiya Federasiyası və Fransa tərəfindən hazırlanmışdı. Həmin layihəyə isə BMT TŞ-nın əvvəlki 4 qətnaməsi əlavə edilməmişdi və xoşagəlməz məqamlar var idi.

"BMT TŞ-nın qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ qətnamələrinə istinadın bəyanata daxil edilməsini tələb etdilər.

Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi rəsmən geri götürüldü.

Həmin ölkələr bunlardır: İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenada və Dominikan Respublikası. Ölkə başçısı təşəkkür edib həmin ölkələrə, sizlər də bilin"

Azərbaycan hazırda Qoşulmama Hərəkatının sədridir. Təsəvvür edə bilirsiz hansı ölkələrin irəli sürdüyü layihənin qarşısını ala bilmişik? İndi yəqin bəzi təhlilçilər daha yaxşı anlayar bu hərəkatın rolunu və Azərbaycanın seçimini".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR