Rusiya MDB ölkələrini öz arxası ilə çəkib aparır

Rusiya MDB ölkələrini öz arxası ilə çəkib aparır

Azərbaycanda investisiya proqramları iqtisadi inkişafa yardım edirdi.

MDB ölkələrində iqtisadi fəallıq 2015-ci ildə kəskin zəifləyib. O cümlədən bu vəziyyətin yaranmasına ticarət şərtlərinin pisləşməsi, xarici maliyyənin az əlçatanlığı, yüksək səviyyədə qeyri-müəyyənlik kimi faktorlar təsir edib.

Rusiyada istehsalın zəifləməsi bütün postsovet məkanına mənfi təsir göstərib.

Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin “Dünyanın iqtisadi vəziyyəti və perspektivlər, 2016” adlı yeni hesabatında deyilir.

Sənəddə bildirilir ki, MDB ölkələri və Gürcüstanın birlikdə ÜDM-ı 2015-ci ildə təqribən 3% azalıb. Yaxın illərdə inkişafın bərpa ediləcəyi, lakin o qədər yüksək olmayacağı gözlənilir. Ehtimal edilir ki, ÜDM 2016-cı ildə təxminən 0,7%, 2017-ci ildə isə 1,8% artacaq.

Ekspertlər qeyd edir ki, Rusiyada işsizlik artıb. Böhran səviyyəsi yüksək olaraq qalır, bu isə rublun məzənnəsinin kəskin düşməsi ilə şərtlənib.

Hesabat müəllifləri düşünür ki, 2016-cı ildə Rusiya Federasiyasının iqtisadiyyatını durğunluq gözləyir, 2017-ci ildə isə 1,2%-lik artım müşahidə olunacaq.

Ekspertlərin fikrincə, nisbətən mülayim vəziyyət Qafqaz, Mərkəzi Asiya regionunda müşahidə olunur.

Belə ki, Azərbaycan, Türkmənistan və Özbəkistanda dövlət investisiya proqramları sayəsində 2015-ci ildə iqtisadi artım müşahidə olunub.


OXŞAR XƏBƏRLƏR

Anaların psixi sağlamlığında pisləşmə var - ARAŞDIRMA

Son illərdə ABŞ-də anaların psixi sağlamlığında əhəmiyyətli bir pisləşmə müşahidə olunur.    Sfera.az xəbər verir ki, bu barədə &ldquo...

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.   Sfera.az xəbər verir ki, Qurban ba...

1-ci siniflərə məktəb və müəllim seçiminə start verilir – BU TARİXDƏN

Sabah - 5 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.   Bu barədə&nbs...

Aİ rəsmiləri Ukraynaya görə qorxuya düşdülər

Avropa İttifaqının yüksək vəzifəli məmurları ABŞ-nin Ukraynaya dəstəyi tamamilə geri çəkə biləcəyinə görə daha çox narahatlıq keçirirlər.   ...

Trampın evinə girdi, həbs olundu - Elçi düşübmüş...

ABŞ Prezidenti Donald Trampın Floridadakı Mar-a-Lago iqamətgahına qanunsuz daxil olmağa cəhd edən şəxs saxlanılıb.   Sfera.az “NTV”yə is...

Sabirabadda dəhşətli yanğında həlak olan ailənin FOTOLARI

  Sabirabadın Muğan Gəncəli kəndində dəhşətli yanğın nəticəsində həlak olan ailənin fotoları sosial şəbəkədə paylaşılıb.   Sfera.az oxu....