Avrasiya ölkələrinin spikerləri Moskvada toplaşırlar

Avrasiya ölkələrinin spikerləri Moskvada toplaşırlar

 

Avrasiya parlamentlərinin spikerlərinin birinci iclası Moskvada çərşənbə axşamı keçiriləcək, iclasda 19 ölkənin qanunvericiləri iştirak edəcək. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının sədriSergey Narışkin bildirib. 

"Biz ilk Avrasiya ölkələrinin parlamentlərinin spikerlərinin ilk beynəlxalq iclasını keçiririk, bu iclasa 19 dövlətin parlament rəhbəri gələcək”, - o, jurnalistlərə bildirib. 

Narışkinin sözlərinə görə, iclas iştirakçıları iclasın yekunlarına dair xüsusi bəyanat qəbul etmək niyyətindədirlər. 

"İclasda Əfqanıstan, Ermənistan, Azərbaycan, Belarus, Vyetnam, İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Kamboci, Monqolustan, Pakistan, Koreya Respublikası, Rusiya, Tacikistan, Tayland, Filippin, Çexiyanın ali qanunverici orqanlarının rəhbəri iştirak etməyə razılıq bildiriblər”, - Slutski dəqiqləşdirib. 

Onun sözlərinə görə, iclasın gedişatında terrorizm ilə mübarizə və terror əleyhinə geniş koalisiyanın yaradılması, eləcə də Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı,  ACEAN, İpək yolu iqtisadi zolağı çərçivəsində qitədə inteqrasiya prosesləri mövzularına toxunulacaq. 

"İclas Rusiyaya qarşı sanksiyalar tətbiq edənlərə və onu dünya siyasi və informasiya məkanında rüsvay etməyə çalışanlara güclü cavab olacaq”, - komitə rəhbəri ehtimal edir. 


OXŞAR XƏBƏRLƏR