Dominik Raab Mövlud Çavuşoğlu ilə Qarabağı müzakirə edib - FOTO
Kateqoriya məlum deyil
"Türkiyə
NATO-nun əsas müttəfiqi və Böyük Britaniyanın dostudur”.
Sfera.az bildirir ki, bunu Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab özünün "Twitter” hesabında yazıb.
O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə arasında olan telefon danışığı ilə bağlı da məlumat bölüşüb. Britaniyalı nazir türkiyəli həmkarı ilə Şərqi Aralıq dənizindəki mövcud gərginliyi, Dağlıq Qarabağdakı münaqişəni və Liviyadakı vəziyyəti müzakirə etdiyini bildirib.







