Ceyhun Bayramov britaniyalı nazirlə cəbhədəki vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov britaniyalı nazirlə cəbhədəki vəziyyəti müzakirə etdi
Oktyabrın 15-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sfera.az-a verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov həmkarına Moskvada razılaşdırılmış humanitar atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyi barədə məlumat verib. Nazir Azərbaycanın münaqişə zonasından çox uzaqda yerləşən mülki əhalisinin və infrastrukturlarının, şəhərlərinin məqsədyönlü şəkildə hədəfə alındığını, Gəncəyə edilən raket hücumlarının dinc əhali arasında ciddi itkilərə səbəb olduğunu vurğulayıb. Nazir oktyabrın 15-də səhər Azərbaycanın Tərtər rayonunun yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu, artilleriya atəşi nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini və 5 nəfərin ağır yaralandığını qeyd edib.

Ermənistan tərəfindən insanlığa qarşı törədilən bu cinayətləri qətiyyətlə qınayan nazir Ceyhun Bayramov Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu cinayət əməllərinə görə tam məsuliyyət daşıdığını vurğulayıb.

Nazir Vendi Morton mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə edib, gərginliyin azaldılmasının və atəşkəsə hörmət edilməsinin vacibliyini vurğulayıb. O, münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Rəşad Nəsirova vəzifə verildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bu ilin may ayında öz ərizəsi ilə işdən çıxan sözçüsü Rəşad Nəsirov yeni vəzifəyə təyinat alıb. &n...

Bərdədə 61 yaşlı kişi faciəvi şəkildə öldü

Bərdə sakinini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir, 1964-cü il təvəllüdlü Feyruz Salahov öz evinin həyətində elektrik naqili il...

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...