Hikmət Hacıyev: “Azərbaycan öz mülki şəxslərinin müdafiəsi üçün suveren hüququnu özündə saxlayır”

Siyasət
14:20 / 15.10.2020
1268
"Tərtər şəhərində Ermənistanın qəbiristanlığa qəsdən hücumu nəticəsində 3 mülki şəxs öldürülüb, 3 nəfər isə ağır yaralanıb”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tvitterdə yazıb.
"Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərinin müdafiəsi üçün suveren hüququnu özündə saxlayır”, - H.Hacıyev qeyd edib.