Ermənilərin Qarabağdan çıxışına qadağa qoyuldu

Ermənilərin Qarabağdan çıxışına qadağa qoyuldu
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində özünü Qondarma Respublikanın "prezidenti” kimi təqdim edən Araik Arutyunyan orada məskunlaşmış sakinlərin Dağlıq Qarabağdan çıxışını məhdudlaşdıran "fərman” imzalayıb.

Sfera.az xəbər verir ki, Arutyunyan bu barədə öz "Facebook" hesabında məlumat verib.
 
O qeyd edib ki, yeni hərbi mükəlləfiyyəti olan şəxslərin Dağlıq Qarabağ ərazisini tərk etməsi qadağan olunacaq. Bildirilib ki, həmin şəxslər yalnız qondarma hərbi hissə tərəfindən verilən "xüsusi icazə sənədi” əsasında ərazini tərk edə bilərlər. 

Bu saxta fərmanın imzalanması da göstərir ki, erməni əhalisi Azərbaycanın Qarabağ bölgəsini kütləvi şəkildə tərk edir. Amma çaşqınlıq içində qalmış Ermənistan hakimiyyəti döyüşlərdə iştirak etmək istəməyən, döyüş meydanından qaçan vətəndaşlarını məcburi şəkildə orada saxlamağa çalışır. 

Qeyd edək ki, ötən gün Arutyunyan Azərbaycan Silahlı Qüvvələrinin erməni mövqelərinə güclü zərbələr endirdiyini və cəbhə xəttinin bir neçə istiqamətində içərilərə doğru hərəkət etdiyini etiraf etmişdi. 

OXŞAR XƏBƏRLƏR

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: nizamnamə kapitalı artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti...