Logo

“30 ildir baş qatırlar” - Ərdoğan

“30 ildir baş qatırlar” - Ərdoğan
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Ermənistanın həm hücum edən tərəf, həm də atəşkəsi pozan tərəf olmasına baxmayaraq, Azərbaycana təzyiq göstərən ölkələrin məqsədi müharibəni dayandırmaq deyil”.

Sfera.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin (Ədalət və İnkişaf Partiyası) qrup iclasında çıxışı zamanı deyib.

"İndi Azərbaycan işğal altında olan öz torpaqlarını istəyir, başqa bir tələb yoxdur. İstədikləri budur. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya, xüsusən Fransa hələ də baş qatmaq taktikasından istifadə edir və məsələnin həllini ləngidir.

Burada işğal faktı var. Dünyada insan haqları, demokratiya varsa, siz də 30 ildir bu problemi həll etməkdə səlahiyyətlisinizsə, tez bir zamanda müzakirələri bitirib, həmin torpaqları sahiblərinə qaytarmalısınız.

Bir müzakirə 30 il müddətinə davam edə bilər? 30 ildir baş qatırlar. Otururlar, danışırlar və dağılışırlar. Bu qədər uzun çəkən məsələ deyil. Torpaqları verin. İndi də vəziyyət bu həddə gəlib çatıb. Bizə zəng edirlər ki, biz mücahidləri guya Suriyadan Dağlıq Qarabağa göndəririk. Bizim belə dərdimiz yoxdur. Biz Azərbaycana dəstək verdik və bu dəstəyi yenə də verəcəyik”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR