Logo

Fransız jurnalist Azərbaycan həqiqətlərini dünyaya eşitdirmək istəyir

Fransız jurnalist Azərbaycan həqiqətlərini dünyaya eşitdirmək istəyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanlı mesenat, neft maqnatı Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötücəsi Alban Klod "Facebook” hesabından azərbaycanlı dostlarına müraciət edib.

Sfera.az xəbər verir ki, o, dostlarından Azərbaycan həqiqətlərini dünyaya eşitdirmək istəyən fransız jurnalist üçün şərait yaradılmasını xahiş edib.

"Azərbaycanda bombalanan şəhərləri ziyarət edib videoya çəkmək, sağ qalanlar və ailələrindən, Xocalıdan xilas olanlardan, məcburi köçkünlərdən müsahibə almaq üçün Azərbaycana gəlmək istəyən bir fransız jurnalist var. Həmin jurnalist istedadlıdır, məhşur və qiymətləndirilən kitablar yazıb, ən böyük fransız milli qəzetlərlə də yaxın əlaqəsi var. O, Azərbaycanın dostudur. İki dəfə Azərbaycana səyahət edib, amma heç vaxt işğal altında olan ərazilərə səhayət etməyi qəbul etməyib. Dağlıq Qarabağ münaqişəsinin fransız dilli medialar tərəfindən tərəfli və ermənipərəst şəkildə işıqlandırılmasından məmnun deyil".

A.Klodun sözlərinə görə həmin jurnalist artıq viza müraciəti edib, ancaq iki həftədir cavab ala bilmir:

"Məqalələri dərhal yazılmalıdır, yoxsa qısa müddətdən sonra fransızlar artıq bu münaqişə ilə daha az maraqlanmağa başlayacaqlar. Təsadüfən XİN-lə əlaqəsi olan və viza prosesini sürətləndirə bilən biri varsa, xahiş edirəm, mənimlə əlaqə qurmaqdan çəkinməsin. Bu adamın çamadanı hazırdır, gəlib bütün azərbaycanlı qurbanların səsini dünyaya eşitdirmək istəyir. Əminəm ki, bu cür jurnalistlərə vizalarını gecikdirmədən vermək Azərbaycana böyük xidmət etməkdir! Köməyiniz üçün əvvəlcədən təşəkkür edirəm”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR