Logo

İrəvanda Köçəryanın evinə hücum olunub - YENİLƏNİB

İrəvanda Köçəryanın evinə hücum olunub - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın evinə edilən hücum zamanı zərərçəkən olmayıb.
Oxu.Az Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bunu R.Koçaryanın mətbuat katibi Viktor Soqomonyan bəyan edib.
Onun sözlərinə görə, Rusiyanın "Sistema” səhmdar-maliyyə korporasiyasının Şura üzvü olan R.Koçaryan hazırda Moskvadadır.
"Mən belə başa düşdüm ki, kimsə eks-prezidentin evinə qumbara ataraq qaçıb. Hadisə nəticəsində zərərçəkən olmayıb”, - deyə V.Soqomonyan bildirib. 
00:24
İrəvanda Ermənistanın sabiq prezidenti Robert Köçəryanın evinə hücum edilib.
Oxu.Az-ın news.am saytına istinadən xəbərinə görə, Köçəryanın evinə qumbara atılıb.
Son məlumata əsasən, hazırda hadisə yerində operativ qrup işləyir. 
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR