Ermənistanın xüsusi təyinatlıları gecə Hadruta hücum edib
Kateqoriya məlum deyil
"Mənə bu səhər verilən məlumata görə, bu gecə özəl komando qruplarından ibarət Ermənistandan gəlmiş böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıblar".
Sfera.az xəbər verir ki, bunu Türkiyənin "Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
"Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur.
Sadəcə olaraq gedib orda selfi çəkdirmək, yaxud da öz əhalisinə rapor vermək üçün edir. Azərbaycan ordusu o qrupu təsirsiz hala gətirdi. Orada bu gecə Ermnənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır".






