Logo

"Ermənistan Azərbaycanın şərtləri ilə barışacaq"

"Ermənistan Azərbaycanın şərtləri ilə barışacaq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistan Xarici işlər naziri Z. Mnatsakanyanın Moskva səfəri humanitar atəşkəsdən sonra Rusiya və Ermənistanın atacağı addımlar və bu ölkəyə hərbi yüklərin göndərilməsi məsələləri müzakirə edilir. Bundan əlavə, Türkiyənin rəsmi danışıqlar formatında olmamasına baxmayaraq Kremllə ciddi danışıqlar gedir. Ankara Ermənistan qoşunlarının çıxarılmasını və birgə sülhməramlı qüvvələrin yerləşdirilməsini təklif edir. Amma, Rusiya və Ermənistan Türkiyə sülhməramlı qüvvələrinin yerləşdirilməsinin əleyhinədir".

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.

O, Rusiya rəhbərliyinin konkret olaraq Qarabağla məsələləri Lavrovun öhdəsinə buraxdığını bildirib:

"S.Lavrov da Ermənistanın mövqeyindən çıxış edir. Ona görə də hələki bu məsələ açıq qalır.

Moskvada hər iki nazirin görüşü Azərbaycan və Türkiyə əleyhinədir. Elə bir sistem formalaşdırmağa çalışacaqlar ki, diplomatik danışıqlarda Türkiyə  olmasın və Azərbaycana öz şərtlərini diktə etdirsinlər. Bundan əlavə, Paşinyan iqtidarının tam miqyasda Rusiyanın orbitinə qaytarılması tələb edilir. Bu məsələlər Lavrova tapşırılıb. Əgər, Paşinyan Moskvanın tələblərini qəbul etməsə, Azərbaycan atəşkəsə baxmayaraq Ermənistanın hücumlarının qarşısını almaq üçün digər rayonların azad edilməsi əməliyyatına başlamasına  Rusiya seyrçi qalacaq.

Əgər, Azərbaycan Ağdərə, Zəngilan və tam şəkildə bütün rayon kəndləri əhatə olunmaqla Füzuli və Agdami azad edərsə, Ermənistan kapitulyasiya sülhünə gəlməsədə, Azərbaycanın şərtləri ilə barışacaq".

Politoloqun fikrincə Moskva tam cəhdlə sülhməramlı qüvvələri Xankəndiyə yerləşdirməyə çalışır:

"Z.Mnatsakanyan və Lavrov Putinə təsir etmeyə çalışır. Amma, Putin Ankara və Bakı ilə əlaqələri korlamağa getməyəcək.

Hazırda Rusiyanın Azərbaycana qarşı müəyyən diplomatik müstəvidə təzyiqləri davam edir. Azərbaycanın şərtlərini qəbul edilməməsinə çalışır. Azərbaycan hərbi qələbəsini diplomatik danışıqlara tam keçirə bilmir.

Azərbaycan çalışır ki, Minsk qrupu çərçivəsində deyil, Ankara-Moskva və Bakı arasında aparılsın. Bunu prezident İlham Əliyev də müsahibəsində qeyd edib. Hələki bu formatın rəsmiləşdirilməsi alınmır. Əsas maneə S. Lavrovdur".

M.Əsədullazadə vurğulayır ki, Azərbaycan bir neçə gündən sonra Rusiya və Ermənistandan müsbət nəticələr gəlməsə, hücum əməliyyatlarına başlaya bilər:

"lk növbədə artıq Türkiyə ilə hərbi müttəfiq müqaviləsi bağlamalıdır. Türkiyə bazası ilk növbədə Gəncə-Basar bölgəsində yerləşdirilməlidir. Hazırda Türkiyə faktoru Azərbaycana qarşı ciddi təzyiqlərin qarışısını alır. Həmçinin Qarabağda üçüncü ölkələrin hərbçilərinin  iştirakına sədd çəkib"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR