Fransa İran üzərindən Ermənistana silah göndərdi
Bundan əvvəl dəfələrlə Rusiyadan Ermənistana çoxsaylı uçuşlar vasitəsilə hərbi yüklərin daşındığı barədə yazılıb. Yalnız 3-dən 9-a qədər olan dövrdə, döyüş əməliyyatları əsnasında Rusiyadan Ermənistana mülki təyyarələr ümumi çəkisi 20 tondan çox olan silah-sursat "humanitar" tədarükü həyata keçirib. Ermənistanın bu cür tələsik hərəkətləri Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı erməni tərəfinin verdiyi itkilərə görədir.
Sfera.az Virtualaz.org-a istinadən bildirir ki, Ermənistana silah təchizatı yalnız Rusiyadan deyil.
Beləliklə, dünən axşam F-GKXY dövlət nömrə nişanlı "Airbus A320-214" yük təyyarəsi Parisin "Charles de Gaulle" hava limanından Yerevana uçub. Təyyarə İranın hava məkanından keçərək saat 00:12-də Ermənistan paytaxtına çatıb.






