Logo

Brayza: Ermənistan qoşunlarının Gəncəyə hücumu beynəlxalq hüququn pozulması deməkdir

Brayza: Ermənistan qoşunlarının Gəncəyə hücumu beynəlxalq hüququn pozulması deməkdir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ermənistan qoşunlarının Gəncəyə hücumu beynəlxalq hüququn pozulması deməkdir.

Bunu  ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib.

O, Gəncədə dinc sakinlərə hücumu pislədiyini deyib: "Bu cür hücumlar beynəlxalq hüququn pozulmasıdır".

Xatırladaq ki, Ermənistanın silahlı qüvvələri bu gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 33 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub.

(trend)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR