Logo

Könül Nurullayeva AŞPA-nın Komitə iclasında çıxış edib

Könül Nurullayeva AŞPA-nın Komitə iclasında çıxış edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) "Sosial Əlaqələr, Sağlamlıq və Dayanıqlı İnkişaf” Komitəsinin növbəti iclas-dinləməsi keçirilib. Toplantıda əsas diqqət COVID-19 pandemiyası və bu kimi mümkün gələcək böhranlara hazır olmaq üçün qlobal tibbi təchizat zəncirlərinin Avropa, eləcə də dünya kontekstində təhlükəsiz, keyfiyyətli və dayanıqlı şəkildə təmin olunmasına yönəlib.

Sfera.az xəbər verir ki, müzakirələrdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı daimi nümayəndəsinin üzvü Könül Nurullayeva da bir şox səmərəli təkliflər irəli sürüb. Millət vəkili bildirib ki, bu mövzuda ticarət tərəfdaşları ilə tənzimləyici əməkdaşlığın yaradılması prioritet məsələdir: "Hesab edirəm ki, davamlı inkişaf məqsədilə ən çox ehtiyac duyulan ərazilərdə tibbi ləvazimatların ilkin təşkili gündəlikdə müzakirə olunmalıdır. Tədqiqatın vacibliyini nəzərə alaraq, tibbi təchizat zəncirindəki dekonstruktiv hadisələrin öyrənilməsi üçün məlumat bazalarının yaradılması və izlənilməsi də mühüm əhəmiyyət kəsb edir”.

Toplantıda iştirak edən digər parlamentarilər də mümkün böhranlara hazır olmaq üçün preventiv tədbirləri əks etdirən təklif və tövsiyələr səsləndiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR