Logo

“Türkiyə ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olsun” – Millət vəkili

“Türkiyə ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olsun” – Millət vəkili
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiya və Türkiyənin digərlərilə müqayisədə Qarabağ konfliktini həll etmək potensialı daha böyükdür. Ona görə də indiki reallıqda Türkiyənin Minsk Qrupunun həmsədrlərindən bri olması çox önəmlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin "TRT Haber” telekanalına müsahibəsində bundan sonrakı sülhyaratma prosesində Türkiyənin mütləq şəkildə təmsil olunması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib:

"28 ilə yaxındır ki, ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin tənzimlənməsilə məşğul olur. Ancaq bu müddət ərzində onun fəaliyyətinin heç bir nəticəsi olmayıb. Onlar münaqişənin həllini nəinki sıfır nöqtəsindən tərpətməyib, hətta deyərdim ki, mənfiyə doğru tərpənişlər var.

Paşinyanın "Qarabağ Ermənistandır” sözləri o deməkdir ki, düşmən artıq təkcə Dağlıq Qarabağa deyil, işğal olunmuş 7 rayona da Ermənistanın tərkib hissəsi kimi baxır. Bu isə artıq geriyə atılmış addımdır. Paşinyana qədər isə Ermənistanın əvvəlki rəhbərliyi işğaldakı 7 rayona təhlükəsizlik zolağı kimi yanaşırdı. Paşinyanın məlum bəyanatından sonra danışıqlar tamamilə əhəmiyyətini itirdi”.

Həmsədrlərdən olan Fransanın prezidenti Emmanuel Makronun "Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına imkan verməyəcəyik” açıqlamasını xatırladan millət vəkili bunu qərəz nümayişi adlandırıb:

"Halbuki ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfsiz olmalı və beynəlxalq hüquqa söykənməlidirlər. Amma Fransanın timsalında bu istiqamətdə körpülərin yandırıldığını gördük”.

Deputata görə, yeni şəraitdə Türkiyənin həmsədrlərdən biri olması aktuallaşıb:

"Azərbaycan Prezidenti də bununla bağlı açıq şəkildə mövqe bildirib və Türkiyənin tənzimləmə prosesində ən yüksək səviyyədə iştirakı məsələsini gündəmə gətirib. Türkiyə ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir. Hesab edirəm ki, tənzimləmə prosesində məhz regiona qonşu olan dövlətlərin daha böyük təsir imkanları vardır. Rusiya və Türkiyə bu mənada eyni statusdadırlar.

Bu mənada düşünürəm ki, Rusiya ilə Türkiyənin üzərinə münaqişənin tənzimlənməsi prosesində daha böyük məsuliyyət düşür. Həm Rusiya, həm də Türkiyənin digərlərilə müqayisədə münaqişəni həll etmə potensialları daha böyükdür. Ona görə də indiki reallıqda Türkiyənin Minsk Qrupunun həmsədrlərindən bri olması çox önəmlidir”.

Elman Nəsirov onu da vurğuladı ki, yeni reallıqda Türkiyənin həmsədrlərdən biri olmasına İrəvanın veto qoymaq hüququndan istifadə etməsinin də əslində heç bir mənası olmayacaq:

"Onun da fərqindəyik ki, ATƏT-də qərarların qəbulu konsensus prinsipilə aparılır. Yəni, tərəflərdən biri razı olmadıqda qərarların qəbulu müşkül olur. Ona görə də Minsk Qrupu Ermənistana təzyiq göstərməlidir ki, münaqişə dinc yolla öz həllini tapsın.Dinc yol baş tutmayanda, qərarlara veto qoyulanda isə hərbi yol labüd olur. Azərbaycanın bu mənada hərbi yolla torpaqların qaytarılması istiqamətində atdığı addımlar mövcud şəraitin diqtəsilə baş verir. Yəni, yeni reallıqda Ermənistanın artıq veto hüququndan istifadə etməsinin heç bir mənası yoxdur. Əks halda ümumiyyətlə sülh danışıqlarından söhbət gedə bilməz”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR