Logo

Anar Eyvazov: Ermənistan KİV-i təşvişdə olan erməni xalqını yalan məlumatlarla aldadır

Anar Eyvazov: Ermənistan KİV-i təşvişdə olan erməni xalqını yalan məlumatlarla aldadır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Ermənistan KİV-i təşvişdə olan erməni xalqını yalan məlumatlarla aldadır. Bununla hərbi uğursuzluqlarını ört-basdır etmək istəyir.

Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, düşmən ordusu işğal altındakı ərazilərə nəzarəti itirib:

"Bu uğursuzluğu həzm edə bilməyən düşmən müxtəlif təxrabatlara əl atır. Həmçinin, Ermənistan əhalisini də aldadır, onları fəlakətə aparır. Azərbaycan tərəfi bütün beynəlxalq hüquq normalarına riayət edərək yalnız hərbi obyektləri hədəf alır, mülki şəxslərə atəş açmır. Azərbaycan tərəfi humanitar dəhlizlərin açılmasına razı olduğunu bəyan edib. Bununla bağlı Ermənistan əhalisinə də müraciətlər edilib. Hətta Azərbaycan təslim olmaq istəyən hərbçilərin də ərazidən təhlükəsiz çıxmasına şərait yaradacaq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR