“Azərbaycanın mübarizəsinə bütün dövlətlər dəstək verməlidir” - Ərdoğan
O, Nazirlər Kabinetinin toplantısındakı görüşdən sonra hazırda Dağlıq Qarabağda gedən hərbi əməliyyatlardan, Azərbaycanın torpaqlarını Ermənistan işğalından azad etməsindən danışıb: "ABŞ, Fransa və Rusiya tərəfindən yaradılan Minsk Qrupu bu problemi həll etmədir. Qardaş Azərbaycan xalqı illərdir işğalın itkilərini yaşadı. Bu ana qədər Qarabağ torpaqlarının bir hissəsi işğaldan qurtarıldı. Türkiyə olaraq ən hər zaman Azərbaycanın yanındayıq.
Azərbaycanın torpaqlarının işğaldan azad olunmasına dəstək vermək hər dövlətin vəzifəsidir. Beynəlxalq aləm Qarabağ və Azərbaycan torpaqları işğal olunarkən səssiz dayanmışdı. Türkiyə əlindəki gücü və imkanları ilə bu haqsız, çirkin oyunu pozmaqda qərarlıdır. Bunun üçün BMT-də "dünya 5-dən böyükdür” deyirik. Azərbaycanın Qarabağı və işğal altındakı torpaqlarını azad etmə mübarizəsində etdikərimiz bundan ibarətdir”.






