İlham Əliyev: “Rusiya ilə münasibətlərimiz uğurla inkişaf edir”
Sfera.az xəbər verir ki, bunu TRT-yə müsahibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
"Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləmək müzakirə mövzusu deyil. Halbuki Ermənistan buna çox ümid edirdi. Ermənistanın bu toqquşmanı bölgənin xaricinə çıxarmaq məqsədi də Rusiyanı buraya cəlb etməkdir. Ermənistan Azərbaycana hazırda Ermənistan ərazisindən niyə hücum edir? Məhz ona görə ki, biz də hücum edək, o da Rusiya ilə, başqa ölkələrlə birgə iştirak etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin baş katibliyinə müraciət etsin və desin ki, Azərbaycan bizə hücum edir, gəlin bizə yardım edin. İyul ayında, niyə onlar bu təxribatı Ermənistan-Azərbaycan sərhədində törətdilər? Tovuz Qarabağ bölgəsindən uzaq məsafədə yerləşir. Orada onların hansı hədəfləri var idi - bir hədəfi ki, biz hücum edək, biz dövlət sərhədini keçək, - mən dedim bizdə belə bir fürsət var idi, - və ondan sonra müraciət etsin o təşkilata ki, gəlin bizimlə bərabər Azərbaycana qarşı vuruşun. Yəni, Rusiyanı bu işlərə cəlb etmək istəyir və bu, növbəti təxribatdır, mən əminəm ki, buna müvəffəq olmayacaq”, - ölkə başçısı vurğulayıb.






