Gürcüstan hərbi yüklərin daşınmasına qadağa qoydu
Kateqoriya məlum deyil
Gürcüstan hökuməti öz ərazisindən Ermənistana və Azərbaycana hərbi əhəmiyyətli yüklərin daşınmasına qadağa qoyub.
Sfera.az bildirir ki, bu barədə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Vaxtanq Qomelaurinin açıqlama verib.
"Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlar səbəbindən Gürcüstan hökuməti ərazisindən hərbi əhəmiyyətli yüklərin hər iki ölkə istiqamətində quru və hava yolları ilə daşınmasına icazə verilməsini müvəqqəti dayandırır. Bu barədə artıq tərəflərə məlumat verilib”, - deyə Qomelauri bildirib.






