Ceyhun Bayramov Fransanın XİN rəhbəri ilə danışdı

Ceyhun Bayramov Fransanın XİN rəhbəri ilə danışdı
Bu ilin 2 oktyabr tarixində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

 

 

XİN-dən Sfera.az-a verilən məlumata görə, Nazir Jan İv Lö Drian bölgədə yaşanan gərginlikdən ciddi narahatlıq ifadə edib. O, gərginliyin aradan qaldırılması və atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb. Bu xüsusda, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin açıqlamasına istinad edilib.


 

Nazir Ceyhun Bayramov bu ilin 27 sentyabr tarixində Ermənistan tərəfinin əl atdığı yeni hərbi təcavüzə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib. Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı mülki şəxslərin və mülki infrastrukturun məqsədli şəkildə hədəfə alınmasına və mülki insanlar arasında itkilərin olması faktına diqqəti cəlb edib.


 

Bunun Ermənistan tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halının olduğunu vurğulayan nazir, dinc əhalinin atəşə tutulmasının Ermənistan rəhbərliyinin terrorçu mahiyyətini göstərdiyini qeyd edib. Nazir bölgədə gərginliyin hələ də davam etdiyini bildirərək, yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...