Prezidentin köməkçisi: “Məqsədimiz vətəndaşların təhlükəsizliyini təmin etməkdir”

Prezidentin köməkçisi: “Məqsədimiz vətəndaşların təhlükəsizliyini təmin etməkdir”
 "Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatının əsas məqsədləri qoşunların təmas xəttində yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxarmaqdır”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin "i24NEWS” telekanalına müsahibəsində deyib.

Aparıcının sualını cavablandıran H.Hacıyev Türkiyənin üçüncü tərəf kimi münaqişəyə cəlb olunmadığını bildirib: "Münaqişəyə heç bir üçüncü tərəf qatılmayıb. Bu cür məlumatlar sadəcə erməni tərəfinin təbliğatının nəticəsidir. Artıq Ermənistan HHQ-yə məxsus "Su-25”in guya "F-16” qırıcısı tərəfindən vurulmasına dair növbəti erməni dezinformasiyasının şahidi olduq. Biz bütün radar sistemlərimizi yoxladıq, Ermənistan ərazisindən "Su-25”in bircə dəfə də olsun, havayı qalxması qeydə alınmayıb. Bəs ölən pilot hanı? Bu, sadəcə Ermənistanın rəsmi şəxsləri tərəfindən başladılan gülünc dezinformasiya kampaniyasıdır. Onlar vəziyyəti şişirtmək üçün belə şeylərdən istifadə edirlər. Müharibə iki tərəf – Ermənistan və Azərbaycan arasında gedir. Ermənistanı işğalçı qüvvədir, Azərbaycan isə özünümüdafiə hüququndan istifadə edir. Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində döyüşür. Türkiyə ilə Azərbaycan arasında yaxşı strateji əlaqələr və yaxın qardaşlıq əlaqələri var. Azərbaycan Türkiyə ilə həmçinin dərin hərbi-texniki əməkdaşlığa malikdir və qoşunlarımız mütəmadi olaraq ortaq təlimlər keçirir”.

O həmçinin vurğulayıb ki, Ermənistan bu cür dezinformasiyalar yaymaq əvəzinə, qoşunlarını Azərbaycan ərazilərindən çıxarsın.

Prezidentin köməkçisi Bakı ilə Təl-Əviv arasındakı hərbi-texniki əməkdaşlıq amilini də şərh edib: "Azərbaycanın İsrail ilə dərin hərbi-texniki əməkdaşlığı var. Azərbaycan-İsrail əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail ilə hərbi-texniki əməkdaşlığımız silahlarımızın keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. Çünki biz işğaldan əziyyət çəkən ölkəyik. Buna görə də yaxşı olardı ki, Ermənistan torpaqlarımızın işğalına son qoysun”.


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət xüsusi amansızlığı ilə seçilir. Milli, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olm...

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? - AÇIQLAMA

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüks...

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...