Qubad İbadoğlu: Ermənilər köçün qarşısını almaq üçün yalanlar uydurur, saxta videolar paylaşırlar

Qubad İbadoğlu: Ermənilər köçün qarşısını almaq üçün yalanlar uydurur, saxta videolar paylaşırlar
"Vətən müharibəsinin hər günü 1 ilə bənzəyən dördüncü günü başlayır. Əsgərlərimizin rəşadəti nəticəsində torpaqlarımız yağılardan azad olunur, cəbhədəki uğurlar düşməni səksəkə içərisində saxlayır".

Sfera.az xəbər verir ki, bunu ictimai-siyasi xadim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Qubad İbadoğlu şəxsi "Facebook" hesabında yazıb. O bildirib ki, artıq Xankəndindən, Ağdərədən köç başlayıb. Ermənilər köçün qarşısını almaq üçün müxtəlif yalanlar uydurur, saxta videolar paylaşır, hər cür hiyləyə əl atırlar:

"Hər gün Azərbaycanın itkiləri barədə şişirdilmiş məlumat verir, özlərinin tələfatları barədə rəqəmləri kiçildirlər. Bütün bunlarla Qarabağda qorxu içərisidə yaşayanlara təsəlli verib, onları sakitləşdirməyə çalışırlar. Uğursuzluqlarını Türkiyənin müharibəyə qatılması ilə izah edir, onu isbat etmək üçün fərziyyələr uydururlar. Guya ki, ermənilərin SU-25 təyyarəsi türklərin F-16 qırıcı təyyarəsi tərəfindən vurulub, Qarabağa vuruşmaq üçün Suriyadan muzdlular gətirilib. Halbuki özləri Rusiya və İrandan silah sursat alır, onların informasiya və siyasi-iqtisadi dəstəyindən istifadə edirlər. Bir sözlə, biz haqlı olduğumuz bir zamanda ermənilər bizi haqsız çıxarmağa çalışırlar. Odur ki, nəzərə almalıyıq ki, ordu döyüşü, müharibəni isə xalq aparır. Eyni zamanda unutmamalıyıq ki, hazırkı müharibənin uğurunun yarısı da bizdən asılıdır. Bunun üçün biz ilk növbədə ölkədə vətən müharibəsinin başlamasının fərqinə varmalıyıq, ordumuza güvənməliyik, erməni yalanlarını ifşa etməliyik, müharibə nə qədər acı və ağrılı olsa da gələcəyə nikbin baxmalıyıq, milli ruhumuzu yüksəkdə saxlamalıyıq, şəhid ailəsinə diqqət və qayğı göstərməliyik ki, əsgər və zabitlərimiz mənəvi dəstək alsınlar".

Q. İbadoğlu hesab edir ki, Müdafiə Nazirliyi ordunun uğurları barədə daha operativ və geniş açıqlamalar verməli, hər gün rəşadətli əsgərlərimizin sıradan çıxardığı texnikalar, silah və sursatlar, məhv etdiyi canlı qüvvə barədə informasiyaaları ictimaiyyətlə bölüşməlidir:

"Yekun olaraq, şəhidlərimizə rəhmət oxuyur, ordumuza güc-qüvvət arzulayıram ki, torpaqlarımızı yağılardan azad, Azərbaycanı müharibədə qalib etməklə, bütün şəhidlərin ruhlarını şad etsinlər".

OXŞAR XƏBƏRLƏR

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...