Ceyhun Bayramov ukraynalı həmkarı ilə cəbhədəki vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov ukraynalı həmkarı ilə cəbhədəki vəziyyəti müzakirə etdi
 Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba ilə telefon danışığı baş tutub.

Sfera.az xəbər verir ki, Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba bölgədə yaşanan gərginlik ilə bağlı narahat olduğunu bildirib və mövcud vəziyyəti sorğu edib.

Nazir Ceyhun Bayramov 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq, Azərbaycan silahlı qüvvələri tərəfindən özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə atılan cavab həmlələri barədə ukraynalı həmkarını məlumatlandırıb. O, Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin bu dəfə də beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğu və nəticədə Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistan tərəfinin hər zaman mülki şəxslərə qarşı terror vasitələrindən istifadə etdiyini bildirən nazir, bu xüsusda 2016-cı ilin aprel və 2018-ci ilin iyul hadisələri zamanı Azərbaycanlı mülki şəxslərin həlak olması faktını qeyd etdi.

Nazir Ceyhun Bayramov bölgədə yaşanan bu gərginliyin tam məsuliyyətinin Ermənistan üzərində olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...