Logo

Müdafiə Nazirliyi: Murov zirvəsi azad olundu -Vardenis-Ağdərə avtomobil yolu nəzarətimizdə!

Müdafiə Nazirliyi: Murov zirvəsi azad olundu -Vardenis-Ağdərə avtomobil yolu nəzarətimizdə!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

Bu barədə Sfera.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

Döyüş əməliyyatları davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR