Dağlıq Qarabağda vəziyyət pisləşsə, ATƏT xüsusi iclas keçirəcək

Dağlıq Qarabağda vəziyyət pisləşsə, ATƏT xüsusi iclas keçirəcək
Vəziyyət pisləşsə, ATƏT Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni xüsusi iclas keçirməyə hazırdır.
Oxu.Az-ın  məlumatına görə, bunu ATƏT baş katibi Lamberto Zanyer "RİA Novosti”yə açıqlamasında deyib.
Onun sözlərinə görə, təşkilatın aprelin 4-də artıq xüsusi iclası keçirilib.
"Daimi Şura da hər həftə iclas keçirir və bütün məsələləri müzakirə edir. Dünən Daimi Şura Dağlıq Qarabağ məsələsini müzakirə edib. Növbəti həftə də bu məsələni yenə müzakirə edəcəyik”, - deyə L.Zanyer bildirib.
L. Zanyer qeyd edib ki, Daimi Şuranın Minsk qrupu həmsədrlərinin iştirakı ilə yeni xüsusi iclası onlar regiondan qayıtdıqdan sonra baş tutacaq.
"Təbii ki, orada vəziyyət pisləşsə, biz xüsusi iclas keçirəcəyik. Lakin həmsədrlər geri qayıdanədək heç nə planlaşdırılmır”, - deyə o bildirib.

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...