Ceyhun Bayramovun Rusiya səfəri nələri dəyişə bilər? - RƏYLƏR

Ceyhun Bayramovun Rusiya səfəri nələri dəyişə bilər? - RƏYLƏR

"Bu səfər tanışlıq görüşü idi”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri və Rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqların nəticəsini dəyərləndirərkən politoloq İlqar Vəlizadə deyib:



"Əslində Ceyhun Bayramovun bu səfəri tanışlıq xarakteri daşıyırdı. Tanışlıq görüşündə tərəflər ənənəvi siyasətin davamı olaraq, ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ənənəvi yanaşmanı bir daha diqqətə çatdırdılar.


Görüşdə bir məsələ diqqəti cəlb etdi. Lavrov həmsədrlərin dəyişdirilməsi məsələsinin yolverilməz olduğunu dedi. Azərbaycan tərəfi də bəyan etdi ki, məhsuldar danışıqların tərəfdarıdır, münaqişə ətrafında konkret məsələlər müzakirə olunmalıdır. Bu yanaşmalar deyirlər ki, təzad təşkil edir. Amma əslində bir-birinə uyğundur”.

 

Politoloqun fikrincə, Bakının Minsk Qrupunun tərkibinin dəyişdirilməsi barədə verdiyi mesajlar Kreml tərəfindən qəbul olundu:

 

"Azərbaycan tərəfi ara-sıra Minsk Qrupunun tərkibinin dəyişdirilməsini ona görə dilə gətirir ki, indiki halda danışıqlar heç bir nəticə vermir. Düşünürəm ki, bu mesaj Rusiya tərəfindən qəbul olundu. Çünki uğursuz danışıqlar prosesi son nəticədə cəbhə xəttində, sərhəddə gərginliyin artmasına gətirib çıxarır. Gərginliyin artması isə Rusiyanın da marağına ziddir. Onda Rusiyanın birbaşa münaqişəyə daxil olması riski artır ki, Moskva bundan çəkinir.

Bütün hallarda xarici işlər nazirləri arasında baş tutan danışıqların nəticəsi yaxın həftələrdə özünü göstərəcək. Həmsədrlər danışıqlar prosesinin gündəliyini hazırlayır. Məhz həmin danışıqlar prosesinin nəticəsindən Moskvadakı görüşün nə dərəcədə məhsuldar və əhəmiyyətli olduğu üzə çıxacaq”.

 

 

"Bu görüşdən hansısa nəticə gözləmək mənə gülməli gəlir”.



Bu sözləri isə sayta açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib: "Bu görüşün hansı nəticələri ola bilər axı? Azərbaycan Rusiya münasibətlərindən hansısa nəticə gözləmək mənə gülməli gəlir.Rusiya dünyanın nəhəng ölkəsidir. Heç kimi, əsasən də qonşu dövlətləri saymır.

 

 

Cənubi Qafqazda münaqişə nəticəsində bir-birinə sarılmış və asılı iki dövlət var. Onlar da münaqişəni həll etməkdə acizdirlər. Çünki münaqişənin açarı Moskvadadır. Prosesi Rusiya idarə edir.

 

İstər Azərbaycan, istərsə də Ermənkistan Xarici İşlər nazirləri Moskvaya gedəndə nə deyəcəklər ki? Bu iki ölkənin Xarici İşlər nazirləri Rusiyalı həmkarlarına heç nə deyə bilməzlər. Qarabağ münaqişəsi həll edilməyəcək, çünki Rusiya onu istəmir. Çünki Kreml məhz münaqişə vasitəsilə bölgəni nəzarətdə saxlayır. Digər müzakirə etdikləri məsələlərdə də Rusiyanın mövqeyi həlledicidir”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...