Nazarbayev Ərdoğanla görüşəcək

Nazarbayev Ərdoğanla görüşəcək

 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev gələn həftə Türkiyəyə səfər edəcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb. 

O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak edəcək və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq.

Xatırladaq ki, aprel 13-14 tarixlərində Türkiyədə İƏT sammiti keçiriləcək. Sammitdə əsas mövzu "ədalət və sülh üçün birlik və həmrəylik” olacaq. 

"Səfər çərçivəsində dövlət başçısının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü planlaşdırılır, görüş əsnasında Astana və Ankaranın əməkdaşlıq istiqamətləri müzakirə ediləcək”, - Nazarbayevin mətbuat xidməti məlumat yayıb. 

Dövlət başçısının rəsmi saytında verilən məlumata görə, Türkiyə prezidentindən başqa Nazarbayev, Türkiyənin işgüzar dairələri və heyət rəhbərləri ilə də görüşəcək. 

Qeyd edək ki, İƏT sosial, iqtisadi və siyasi sahələrdə islam həmrəyliyinin təminatı məqsədi ilə 1969-cu ilin sentyabrında təsis edilib. Onun tərkibinə 57 ölkə daxildir. 2005-ci ildən Rusiya İƏT-də müşahidəçi statusuna sahibdir. 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...