Medvedev Bakıya gəlib – YENİLƏNİB

Medvedev Bakıya gəlib – YENİLƏNİB

 

Bu gün Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib.

Oxu.Az-ın məlumatına görə, səfər çərçivəsində onun Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

D. Medvedevi Rusiya baş nazirinin müavini Dmitri Roqozin və digər rəsmi şəxslər müşayiət edirlər.

10:11

Rusiyanın baş naziri Dmitri Medvedyev cümə günü Bakıya səfər edəcək, səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, eləcə də respublikanın hökumət başçısı Artur Rasizadə ilə görüşəcək. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Medvedyev azərbaycanlı tərəfdaşları ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək. 

Bu səfər öncədən planlaşdırılmayıb, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi səfərə tələbat yaratdı. 

Medvedyev Bakıya İrəvandan gələcək, İrəvanda o, Ermənistan prezidentiSerj Sarkisyan və respublikanın baş naziri Ovik Abramyan ilə görüşüb. 

Bakı səfərinin hazırlığına dair müzakirələri Medvedev aprelin 6-da azərbaycanlı həmkarı Artur Rasizadə ilə aparıb. 

"Hökumət rəhbərləri aprelin 8-də Dmitri Medvedyevin Azərbaycana rəsmi səfərini müzakirə ediblər. Azərbaycan rəhbərliyi ilə danışıqların gedişatında, iqtisadiyyat, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturunun və digər sahələrin də daxil olduğu məsələlərin geniş spekterini nəzərdən keçirmək planlaşdırlır”, - Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...