“Təxribatlardan ermənilər və onun havadarları zərər görəcək”

“Təxribatlardan ermənilər və onun havadarları zərər görəcək”
 "Azərbaycan regionda elə bir dövlətdir ki, balanslı siyasət yürütməlidir”.

Bunu "MediaPost”a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Onun sözlərinə görə, hazırkı gərgin vəziyyətdə Azərbaycan hər iki dövlətlə - Türkiyə və Rusiya ilə normal münasibətlər saxlayıb düzgün siyasətini davam etdirməlidir: 

"Tovuz rayonunda yerləşən strateji layihələr Ermənistanın yeni təxribatına yol açdı. Silahlı münaqişənin ilk günündən Türkiyənin mövqeyini bildirməsi Azərbaycan üçün hərbi-siyasi baxımdan çox əhəmiyyətli idi. Bu, həm də Ermənistana və onun havadarlarına mesaj idi ki, layihələr iqtisadi və siyasi baxımdan zərər görsə, Türkiyə bu layihələrə nəzarəti öz üzərinə götürəcək. Təbii ki, bu da Azərbaycanın xeyrinədir. Çünki Azərbaycanın başçılığı ilə Türkiyənin də olduğu layihələr hər iki ölkənin siyasi, iqtisadi və hərbi sahədə güclənməsinə səbəb olur. Bu layihələr bilavasitə yeni alternativlər açır”.

R. Məmmədova bildirib ki, Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sazişə əsasən keçirilən təlimlərdən Ermənistan tərəfi narahatlıq yaşayıb: 

"Türkiyə tərəfi açıq-aşkar dedi ki, Ermənistan Azərbaycanla müharibə aparsa, Türkiyə bu məsələyə nəinki fikrini bildirəcək, eyni zamanda, müharibəyə özü də qoşulub Azərbaycana dəstək göstərəcək. Türkiyənin başqa seçim yolu yoxdur. Bunlar çox ciddi çəkisi olan mesajlar idi. Bütün hallarda, təxribatdan erməni tərəfi və onun havadarları ziyan görəcək. Bu gün Azərbaycan regionda elə bir dövlətdir ki, balanslı siyasət yürütməlidir. Ona görə də həm Rusiya, həm də Türkiyə ilə dostluq əlaqələrini saxlamaq lazımdır. Azərbaycan strateji layihələrin təzyiq altında qalmaması və davamı üçün məsuliyyətli davranmalıdır. Eyni zamanda, Azərbaycan hansı yolla olur olsun, öz torpaqlarını işğaldan azad etməlidir. 

Düşünürəm ki, Azərbaycan hər iki dövlətlə – Türkiyə və Rusiya ilə normal münasibət saxlayıb düzgün siyasətini davam etdirəcək”.

OXŞAR XƏBƏRLƏR

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...

ABŞ və Çin tariflərdə anlaşdı - Kim daha qazanclı çıxdı?

İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşıb və razılaşma əldə olunub. Razılaşmaya əsasən, ABŞ Çinə tədbiq etdiyi 145% tarifləri 30%-ə, Çin isə ...

Kəmaləddin Heydərov Aqil Ağayevi işdən ÇIXARDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.   Sfera.az "qaynarin...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...